AZ

İndoneziyada VULKAN PÜSKÜRDÜ

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, vulkanın kraterindən qalxan kül təxminən 1600 metr yüksəklikdə və ya dəniz səviyyəsindən 4491 metrə çatıb və cənub-qərbə doğru yayılıb. Bölgə sakinlərinə vulkanın yaxınlığında mümkün lava axınları və isti buludlar təhlükəsi barədə xəbərdarlıq edilib. Marapi dağı dəniz səviyyəsindən 2891 metr yüksəklikdə, İndoneziyanın qərbindəki Barisan silsiləsinin şimal-qərb ucunda yerləşir və aktiv vulkandır. Qeyd olunur ki, 2023-cü ilin dekabr ayında Marapi dağının püskürməsi nəticəsində ən azı 22 nəfər həlak olub. İndoneziya arxipelaqı 18 000 adadan ibarətdir və Sakit Okeanın “Alov Həlqəsi” bölgəsində yerləşdiyinə görə intensiv seysmik aktivliyə meyllidir. Ölkədə 500-dən çox vulkan mövcuddur və onlardan təxminən 130-u aktiv sayılır.

 

Seçilən
43
Ajans.az

1Mənbələr