Lənkəranda iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.
NOCOMMENT.az xəbər verir ki, qəza zamanı 54 yaşlı qadın xəsarət alıb.
Hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb. “Qaz-31” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “Mercedes”də olan 1972-ci il təvəllüdlü Elnarə Ağamehdi qızı Həsənova xəsarət alıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub və 54 yaşlı qadına ilkin tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.