AZ

Azərbaycan 153 ölkə arasında 80 ci yerdə olub

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (91,27 Mbps) görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 80-ci olub.

"Speedtest Global Index"ə görə, ötən ay bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 32 % artıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan bu göstərici ilə Türkiyə (77,68 Mbps), İran (23,53 Mbps), Gürcüstan (44,35 Mbps), Ermənistan (82,77 Mbps), Belarusu (90,78 Mbps), Qazaxıstan (88,13 Mbps), Qırğızıstanı (86,25 Mbps) və Tacikistanı (41,85 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (420,92 Mbps), axırıncı yeri isə Kuba (3,86 Mbps) tutub.

Azərbaycan ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 94,95 Mbps sürətlə 104 ölkə arasında 50-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (681,18 Mbps), sonuncu yeri isə Boliviya (15,71 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 201 şəhər arasında 91,01 Mbps sürətlə 113-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (434,61 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,94 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 113,56 Mbps sürətlə 150 şəhər arasında 82-ci (əvvəlki aya nisbətən sabit qalıb) olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (745,89 Mbps), sonuncu yeri La Pas (Boliviya) (13,79 Mbps) tutub.

İş elanları AzVak.az-da

© "Report" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
5
marja.az

6Mənbələr