AZ

"Hər matça qalibiyyət üçün çıxırıq" - Aleksey İsayev

"Sabah"ın futbolçusu Aleksey İsayev klubun mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Misli premyer-liqasının 24-cü turunun "İmişli" ilə(0:5) görüşündən sonra qalibiyyəti şərh edib:

"Əsas odu ki, qalib gəldik. "İmişli" çətin və yaxşı komandadı. Onlara da növbəti matçlarında uğurlar arzulayıram. Biz də oyundan-oyuna irəliləyirik. Hər matça qalibiyyət üçün çıxırıq. "İmişli" ilə oyunu unuduruq, növbəti matça hazırlaşacağıq".

O, növbəti turda üz-üzə gələcəkləri "Sumqayıt"la oyundan gözləntilərini də açıqlayıb:

"Bəli, növbəti turda rəqibimiz "Sumqayıt"dı. İstəyərdim ki, həmin görüşdə tribunada azarkeşlərimiz çox olsun. Onları sevindirmək istəyərdik. Göstərdikləri dəstəyə görə də təşəkkür edirəm. Qoy gəlib bizi dəstəkləsinlər".
Seçilən
25
2
football-plus.az

3Mənbələr