AZ

Türkiyə bu VİDEOdan danışır: Yardım işarəsini anlamadılar - 2 saat sonra qadın ÖLÜDÜRÜLDÜ

Türkiyədə sosial şəbəkələrdə yayılan bir video böyük rezonans doğurub.

Milli.Az xəbər verir ki, hadisənin Tokat şəhərində baş verdiyi bildirilir. Məlumata görə, birlikdə yaşadığı qadını qətlə yetirən şəxs məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Hadisə ilə bağlı ən çox müzakirə olunan məqam isə qadının daha əvvəl çəkilmiş görüntülərində yardım istəməsi olub. Belə ki, sonradan yayılan videoda onun gizli şəkildə kömək işarəsi göstərdiyi görülür.

Sözügedən görüntülər sosial şəbəkələrdə geniş yayılıb və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi qadının yardım çağırışının vaxtında fərq edilmədiyini qeyd edərək hadisənin faciə ilə nəticələnməsinin təəssüf doğurduğunu bildirib.

Musa
Milli.Az

Seçilən
17
2
milli.az

3Mənbələr