AZ

"Barselona" 18 yaşlı futbolçu üçün 8 milyonluq təklif hazırlayır

BAKI, 16 mart. TELEQRAF

İspaniya təmsilçisi “Barselona” Niderlandın “Tvente” klubunun gənc futbolçusu Ruud Nijstadı transfer edə bilər.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar 18 yaşlı mərkəz müdafiəçisi üçün təxminən 8 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Klub rəhbərliyi niderlandlı futbolçunun dərhal əsas komandaya cəlb olunması planlaşdırılmır. Onun əvvəlcə klubun inkişaf sistemində yetişməsi nəzərdə tutulur.

Gənc müdafiəçi ilə Almaniyanın “Borussiya Dortmund” klubunun da maraqlandığı bildirilir.

Qeyd edək ki, Ruud Nijstadın “Tvente” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
6
teleqraf.com

1Mənbələr