Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 153 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə irəliləyərək 91.27 MB/S sürətlə 80-ci yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.