Qazaxıstanın yeni Konstitusiyası üzrə milli referendum bütün iştirakçıların hüquq və azadlıqlarına hörmətlə, milli qanunvericiliyə və Qazaxıstan Respublikasının beynəlxalq seçki öhdəliklərinə uyğun olaraq keçirilib.
AZƏRTAC-ın xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçi qrupunun koordinatoru Ziyafət Əsgərov brifinqdə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Referendum Komissiyası kampaniyanın hazırlanmasını və keçirilməsini yüksək səviyyədə təşkil edib, vətəndaşlara bərabər təşviqat imkanları yaradılıb və media referendumun bütün mərhələlərini əhatəli şəkildə işıqlandırıb. Seçki günü müşahidəçilər Astanada və Akmola bölgəsində 193 seçki məntəqəsində, eləcə də xaricdəki 12 seçki məntəqəsində (cəmi 205) olublar. Qrupa MDB Parlamentlərarası Assambleyasının yeddi üzv dövlətindən 58 müşahidəçi daxil edilib.