AZ

"Tehranın Türkiyəyə hücum etmək niyyəti yoxdur” - İran XİN

"İranın Türkiyəyə hücum etmək niyyəti yoxdur”.

Missiya.Az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O bildirib ki, biz heç bir qonşu ölkəyə hücum etmirik və müdafiə tədbirlərimiz yalnız İrana qarşı hərbi hücumların mənbəyinə və başlanğıc nöqtələrinə yönəlib.

"Türkiyənin bütün şərəfli xalqı bu məqamı nəzərə almalıdır. Mübarək Ramazan ayının 10-cu günündə xalqımız oruc tutarkən ABŞ və sionist rejimin hücumuna məruz qaldıq. Eyni zamanda, yüksək vəzifəli məmurlarımız hədəfə alındı ​​ki, bu da terror aktı idi. Həmçinin Minabdakı ibtidai məktəbdə uşaqlarımıza hücum edildi", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr