AZ

“ABŞ Rusiyanın yeni START təklifinə cavab verməyib” - Lavrov

Silahlara nəzarət sahəsindəki vəziyyət sadə deyil. ABŞ Rusiyanın yeni START təklifinə cavab verməyib.

Herbiand.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva nüvə silahlarının yayılmaması konfransının iştirakçılarına video müraciətində bildirib.

Rusiya XİN rəhbəri deyib ki, silahlara nəzarət sahəsində də vəziyyət mürəkkəbdir: “5 fevral 2026-cı ildə Rusiya-Amerika Strateji Hücum Silahları Müqaviləsi fəaliyyətini dayandırdı. Prezident Vladimir Putinin yeni START tərəflərinin orada göstərilən mərkəzi kəmiyyət məhdudiyyətlərinə könüllü şəkildə riayət etmələri təşəbbüsü Amerika tərəfindən cavabsız qaldı”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr