AZ

Tramp NATO-nu hədələdi: İran məsələsində dəstək olmasa...

ABŞ prezidenti Donald Tramp bildirib ki, müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO "çox qaranlıq" bir gələcəklə üzləşəcək.

Turkustan.az xəbər verir ki, Tramp Financial Times qəzetinə verdiyi müsahibədə İrana hücumları, Çinə qarşıdan gələn səfərini və Hörmüz boğazındakı gərginliyi müzakirə edib.

Tramp, ABŞ-dan fərqli olaraq, Avropa və Çinin Körfəz neftindən çox asılı olduğunu qeyd edərək, "Boğazdan faydalananların orada pis bir şeyin baş verməməsini təmin etmələri tamamilə uyğundur" dedi.

Tramp deyib: "Əgər cavab verilməsə və ya mənfi cavab verilsə, düşünürəm ki, bu, NATO-nun gələcəyi üçün çox pis olardı".

Tramp, məcburiyyətində olmasalar da, Ukrayna məsələsində NATO-ya kömək etdiklərini bildirib və əlavə edib: "Biz onların yanında olacağıq, amma onlar bizim yanında olmayacaqlar. Və əmin deyiləm ki, onlar heç vaxt belə edəcəklər".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
turkustan.az

1Mənbələr