Avropa İttifaqı “Aspides” dəniz missiyasının mandatını dəyişə bilər.

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hörmüz Boğazının açıq qalması Avropa İttifaqının maraqlarına uyğundur və bu həyati əhəmiyyətli dəniz nəqliyyatı marşrutunun açıq qalmasını təmin etmək üçün Aİ-nin nə edə biləcəyi müzakirə olunacaq.

Qeyd edək ki, “Aspides” Avropa İttifaqı tərəfindən Qırmızı Dənizdə gəmilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yaradılmış missiyadır.

Leqal.info