Sabiq ingiltərəli müdafiəçi Eşli Kol məşqçi karyerasında yeni addım atıb.
İdmanxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis İtaliyanın B Seriyasında çıxış edən “Çezena” klubunun baş məşqçisi təyin olunub.
Bu, Eşli Kolun peşəkar klubda baş məşqçi kimi ilk təcrübəsi olacaq. Onun “Çezena” ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.
Komanda hazırda B Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.