AZ

STEAM'ool olimpiadasına qeydiyyat başlayıb

Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə STEAM'ool olimpiadası keçiriləcək.

AzEdu.az xəbər verir ki, olimpiadanın ilkin seçim mərhələsi onlayn formatda 19 aprel 2026-cı il tarixində baş tutacaq.

Bu olimpiada elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) sahələrinə marağı olan şagirdlər üçün unikal bir fürsətdir. Onlar biliklərini sınamaq, öz bacarıqlarını inkişaf etdirmək və yaşıdlarının arasında fərqlənmək istəyirsə, bu imkandan yararlanmalıdırlar.

Olimpiadada şagirdləri nələr gözləyir?
– Maraq doğuran STEAM tapşırıqları – Real problemləri həll etməyi və yaradıcı düşünməyi öyrədəcək!
– İnnovativ yanaşmalar – STEAM sahəsində ən son texnologiyalar və tətbiqlərlə tanış olacaqlar!
– Rəqabətli mühit – Özünü sınamaq, yeni biliklər qazanmaq və uğur qazanmaq şansı!
– Sertifikat və mükafatlar – Qalibləri dəyərli hədiyyələr və sertifikatlar gözləyir!

 Qeydiyyat və ətraflı məlumat üçün: //www.oxuyan.az/exams/CANPCZ
 +994 10 226 72 17 

Qaydalarla tanış olun: //we.tl/t-D4Lix8vGbt

Seçilən
2
3
azedu.az

4Mənbələr