AZ

Erməni nazir: Yeni Konstitusiyasının mətni hazırdır

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır, onun hakim “Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.

“Konstitusiya İslahatları Şurası fəal işləyir. Hər həftə iclaslar keçiririk. Söz verdiyim kimi, mətn hazırdır. Amma hələlik dərc edilmə ilə bağlı heç bir xəbərim yoxdur, çünki mətnin “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyəti və parlament fraksiyasında da müzakirə edilməsi qərara alınıb. Bundan sonra mətnin dərc olunması ilə bağlı qərar veriləcək”, - nazir qeyd edib.

Seçilən
2
7
bakivaxti.az

9Mənbələr