Maks Ferstappen Formula 1-in yeni dövrünü "zarafat" adlandıraraq kəskin tənqid edib.

Offsideplus.az xəbər verir ki, dördqat dünya çempionu Çin Qran-prisində güc qurğusundakı problem səbəbindən yarışı vaxtından əvvəl başa vurub. Elektrik gücü artırılmış yeni mühərriklərdən narazı olan "Red Bull" pilotu, 46-cı dövrədə sürəti azaldaraq qaraja yollanıb və finişə çatan 15 pilotun sırasına düşə bilməyib.

"Məsələ hansı mövqedə olmağım deyil, mən yarışın keyfiyyətinə önəm verirəm," - deyən niderlandlı sürücü, yeni qaydaların "fundamental səhvləri" olduğunu bildirib.

Qeyd edək ki, iki yarışdan Ferstappen cəmi 8 xal yığa bilib.