Azərbaycanda qrantların alınması və verilməsi ilə bağlı qanunvericiliyin pozulmasına görə inzibati cərimələrin artırılması nəzərdə tutulur.
Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin martın 12-də keçirilən birgə videokonfrans iclasında müzakirə olunub.
Hazırkı qanunvericiliyə görə, qeydiyyata alınmamış qrant müqavilələri üzrə əməliyyatlar aparan vəzifəli şəxslər 2 500–5 000 manat, hüquqi şəxslər isə 5 000–8 000 manat məbləğində cərimə olunurlar.
Qanun layihəsinə əsasən, eyni əmələ görə fiziki şəxslərin cəriməsi 1 000–2 000 manat aralığında olacaq.