AZ

Şamaxıda Reqbi Yunion üzrə ilk ölkə birinciliyi keçirilib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şamaxı Olimpiya Mərkəzində Reqbi Yunion üzrə ilk ölkə birinciliyi keçirilib.

İdman.Biz xəbər verir ki, yarışda meydan sahibləri “Şamaxı OM”, həmçinin “Qarabağ”, “Dunya Warriors” və “Tigers” reqbi klubları iştirak edib.

Ölkə birinciliyinin qalibi Xəzər Universiteti Dünya Məktəbinin “Dunya Warriors” komandası olub. Qrup mərhələsində komanda iki qələbə və bir heç-heçə ilə ilk pilləni tutaraq reqlamentə əsasən birbaşa finala yüksəlib və finalda “Şamaxı OM” komandasına 5:2 hesabı ilə qalib gəlib.

Üçüncü yeri isə “Qarabağ” komandası tutub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr