AZ

Müharibədə bir ilk! Tramp Çinin qapısını döyür və ultimatum verir

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ–İsrail ittifaqı ilə İran arasında fevralın 28-də başlayan və artıq üçüncü həftəsinə daxil olan müharibə Yaxın Şərqdə gərginliyi artırmaqda davam edir.

Turkustan.az xəbər verir ki, İranın hərbi hədəflərinə endirilən intensiv hava zərbələrindən sonra regionda vəziyyət daha da kəskinləşib. Dünyanın ən vacib enerji tranzit nöqtələrindən biri olan Hörmüz boğazında isə tanker daşımaları əsasən dayanıb.

Qlobal neft ticarətinin təxminən 20 faizinin keçdiyi bu dar su yolu ətrafında yaranan qeyri-müəyyənlik enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.

ABŞ prezidenti Donald Trump davam edən böhranla bağlı Çinə müraciət edib. O bildirib ki, Çin enerji ehtiyaclarının böyük hissəsini bu marşrut vasitəsilə qarşılayır və Pekin boğazın yenidən açılması üçün məsuliyyət daşımalıdır.

Tramp deyib: “Düşünürəm ki, Çin kömək etməlidir, çünki Çin neftinin 90 faizini boğazdan alır”.

ABŞ lideri həmçinin Çin prezidenti Xi Jinpinglə planlaşdırılan görüşə də toxunaraq, Pekinin Hörmüz boğazı ilə bağlı mövqeyini əvvəlcədən bilmək istədiyini bildirib.

Tramp qeyd edib ki, Çin bu məsələ ilə bağlı addım atmasa, planlaşdırılan sammit təxirə salına bilər: “Əvvəlcədən bilmək istərdik. Lazım gələrsə, görüşü təxirə sala bilərik”.

Vaşinqton administrasiyası Hörmüz boğazında təhlükəsizliyin bərpası üçün müttəfiq ölkələrdən hərbi və diplomatik dəstək axtarır. Lakin bəzi dövlətlər regionda hərbi əməliyyatlarda iştirak etməyə tərəddüdlə yanaşırlar.

Ekspertlərin fikrincə, boğaz ətrafında yaranmış böhran təkcə Yaxın Şərqə deyil, həm də qlobal enerji bazarlarına və dünya iqtisadiyyatına birbaşa təsir göstərmək potensialına malikdir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
icma.az

2Mənbələr