AZ

AEM-in direktoru: Cari ildə əczaçılıq müəssisələrində 147 nəzarət yoxlaması aparılıb

Bakı, 16 mart, AZƏRTAC

Cari il ərzində əczaçılıq müəssisələrində 147 nəzarət yoxlaması keçirilib. Bunlardan 109-u plan üzrə (növbəti), 38-i plandankənar (növbədənkənar) yoxlama olub.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov məlumat verib.

O qeyd edib ki, yoxlamalar nəticəsində 39 əczaçılıq müəssisəsində nöqsanlar aşkarlanıb, 72 adda, 199 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb:“Bunlar dövlət qeydiyyatı olmayan, düzgün saxlanma şəraitinə riayət edilmədən saxlanan və istifadə müddəti bitən dərmanlar olub. Nöqsanlar aşkarlanan əczaçılıq müəssisələrinin sahibləri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib”.

AEM-in direktoru M. Süleymanovun AZƏRTAC-a müsahibəsi ilə daha ətraflı bir qədər sonra tanış ola biləcəksiniz.

Müxbir - Aytac Haqverdiyeva

Fotoqraf - Orxan Kərimov

 

Seçilən
0
2
azertag.az

3Mənbələr