AZ

Avropa Şurasından Ramil Səfərovla bağlı çağırış

Avropa Şurasının Nazirlər Komitəsi quruma üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə dair növbəti iclasını keçirib.Moderator.az xəbər verir ki, iclasda Azərbaycan tərəfindən də icra olunmayan bir sıra işlərlə bağlı müzakirələr aparılıb və hökumətə müvafiq qaydada çağırışlar edilib. Bunlar arasında diqqəti çəkən işlərdən biri də uzun illər əvvəl Macarıstanda erməni zabitini qətlə yetirən hərbçimiz Ramil Səfərovla  bağlı olan məsələdir.

Belə ki, Ermənistan vətəndaşları "Makuçyan və Minasyan" Azərbaycana qarşı adlı ərizəyə əsasən, Avropa Məhkəməsi Azərbaycanın Ramil Səfərovu Bakıda cinayət məsuliyyətinə cəlb etməsinə dair qərar verib.

Nazirlər Komitəsinin açıqlamasında deyilir ki, Ramil Səfərov Macarıstandan Azərbaycana təhvil verildikdən sonra əfv edilib, vəzifədə irəli çəkilib və müavinətlərə layiq görülüb:

"Azərbaycana Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinin şərtlərinə uyğun olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin iştirakçısı olduğu istənilən iş üzrə yekun qərarlarına tam, səmərəli və operativ şəkildə riayət etmək öhdəliyini və öhdəliyini qətiyyətlə xatırladılır. Hakimiyyətin indiyədək bir neçə görüşdə susqunluğunu davam etdirməsindən və bu işdə davamlı irəliləyişin olmamasından dərin təəssüf hissi keçirir".

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə açıqlamasında deyib ki, Avropa Şurasının Nazirlər Komitəsinin bu məsələni indiki məqamda gündəmə gətirməsi bir sıra suallar yaradır:

"Mən xatırlayıram ki, Avropa Məhkəməsinin qərarından sonra həmin erməni zabitinin ailəsinə kompensasiya ödənildi.

İndi Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi bir dövrdə bunu gündəmə gətirmək hansısa qüvvələrin maraqlı olduğunu göstərir. Bu qüvvələr sülh prosesinə zərbə vurmağa çalışanlardır". /Gununsesi/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
9
olaylar.az

10Mənbələr