AZ

16 yaşlı qapıçı Çempionlar Liqasında debüt edə bilər

“Bavariya” Çempionlar Liqasının 1/8 finalında “Atalanta” ilə cavab oyunundan öncə qapıçı problemi yaşayır.

Msport.az xəbər verir ki, Sven Ulreyxin zədələnməsi səbəbindən onun matçda iştirakı sual altına düşüb.

Komandanın ikinci qapıçısı Yonas Urbiqin də vəziyyəti qeyri-müəyyəndir. Hər iki qolkiper oyuna hazır olmazsa, baş məşqçi Vinsent Kompani qapını 16 yaşlı Leonard Preskota tapşıra bilər. Bu halda gənc qapıçı əsas komandada debüt edəcək.

Qeyd edək ki, “Bavariya” – “Atalanta” görüşü martın 18-də keçiriləcək.

Seçilən
3
3
msport.az

4Mənbələr