AZ

Nazir qızı ölü tapıldı: O, ailəsini NƏDƏ İTTİHAM EDİRDİ?

İsrailin məskunlaşma naziri Orit Strukun qızı ölü tapılıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, 34 yaşlı Şoşana Strukun cəsədi dünən ölkənin şimalındakı evində tapılıb.

Yerli medianın məlumatına görə, Şoşana son aylarda sosial mediada aktiv olub və valideynlərini erkən uşaqlıqdan bəri yaşadığını iddia etdiyi cinsi və ritual zorakılıqda açıq şəkildə ittiham edib.

Şoşananın ağır ruhi pozğunluqdan əziyyət çəkdiyi də qeyd edilib. O, obsesif-kompulsiv davranışa meylli olub və öz ailəsi haqqında da sui-qəsd nəzəriyyələri irəli sürüb. Onun iddiaları polis tərəfindən araşdırılıb, lakin heç bir dəlil tapılmayıb.

Murad Məmmədli

Seçilən
16
5
bakivaxti.az

6Mənbələr