AZ

Orta Dəhliz və TRIPP marşrutları Avrasiya ticarətində yeni geosiyasi rəqabət yaradır - "Special Eurasia"

Bakı. Trend:

Avrasiya məkanında dəniz geosiyasi riskləri 2026-cı ildə dəyüksək səviyyədə qalacaq və regionda ticarət marşrutları uğrundarəqabət daha da kəskinləşəcək. Eyni zamanda Orta Dəhliz və TRIPPmarşrutunun formalaşması regionda yeni geosiyasi balansyaradır.

Trend xəbərverir ki, bu barədə geosiyasi kəşfiyyat və risklərinqiymətləndirilməsi üzrə ixtisaslaşmış konsaltinq və media agentliyi"Special Eurasia" tərəfindən dərc olunan “Avrasiya üzrə DənizGeosiyasi Riskləri 2026” adlı məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, 2026-cı ilə qədər Xəzər dəniziregionunda mühüm geosiyasi dönüş baş verib və sovet dövründən qalanənənəvi iqtisadi asılılıqların zəifləməsi nəticəsində qitələrarasıticarət marşrutları uğrunda çoxqütblü rəqabət formalaşıb.

Analitiklər bildirirlər ki, bu prosesdə Azərbaycan logistikamərkəzi kimi mövqeyini daha da möhkəmləndirib.

“Azərbaycan inteqrasiya olunmuş istehsal və tranzitinfrastrukturu hesabına regionda mühüm logistika qovşağına çevrilibvə Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsasnəqliyyat arteriyasına çevrilir”, – məlumatda vurğulanıb.

Məqalədə xüsusilə qeyd olunur ki, Qərb ölkələri sanksiyalarsəbəbindən Rusiya üzərindən keçən marşrutlara alternativaxtardığından Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb.

“Sanksiyalara məruz qalan Rusiya marşrutlarından asılılığıazaltmaq istəyən Qərb kapitalının böyük hissəsi Orta Dəhlizlayihəsinə yönəlir”, - deyə məqalədə qeyd edilib.

Eyni zamanda bildirilir ki, regionun geosiyasi dinamikasındamühüm elementlərdən biri də ABŞ-nin təşəbbüsü ilə formalaşdırılanBeynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur (TRIPP).

“TRIPP ABŞ-nin rəhbərlik etdiyi təşəbbüs kimi təqdim olunur vəödənişli tranzit zonasını əhatə edir. Bu layihə Vaşinqtona marşrutüzərində 74 faiz pay verir və regionda Rusiya–İran təsirinə birbaşageosiyasi çağırış kimi qiymətləndirilir”, - Avrasiya üzrə DənizGeosiyasi Riskləri 2026” adlı məqalədə qeyd olunub.

Xəzərdə ekoloji böhran dəniz nəqliyyatına riskyaradır

Məqalədə Xəzər dənizində ekoloji vəziyyətin də geosiyasi vəiqtisadi riskləri artırdığı vurğulanır. Əlavə edilib ki, Xəzərdənizinin səviyyəsi hazırda ildə təxminən 20 santimetr azalır və2026-cı ildə rekord minimum həddə enib.

“Su səviyyəsinin azalması bərə və tanker daşımalarınınimkanlarını ciddi şəkildə məhdudlaşdırır və Kurık və Ənzəli kimiəsas limanlarda daimi və baha başa gələn dibdərinləşdirmə işləritələb edir”, - bildirilir.

Məqaləyə əsasən, qlobal iqtisadi sabitlik də getdikcə daha çoxOrta Dəhliz və TRIPP kimi alternativ marşrutların sürətliinkişafından asılı olacaq.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr