AZ

Qəbulda günahkar axtarışında olanlar... » AzadMedia.az



Son günlər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə bağlı müxtəlif mövqelər səslənir. İnsanlar övladlarının imtahan nəticələrinə görə emosional reaksiya verirlər, bəzən isə tənqid və ittihamlar həddini keçir. Amma reallıq budur ki, imtahanın çətin və ya asan olması qəbul prosesinə birbaşa təsir etmir. Hökumət tərəfindən planlaşdırılmış qəbul yerləri sayı qədər şagird qəbul olunur. İmtahan səviyyəsi isə orta səviyyəlidir – həm asan, həm də daha çətin suallar var ki, bu da şagirdlərin fərqli bilik səviyyələrini qiymətləndirməyə imkan yaradır.
Bu sistemi 30 ildən artıq müddətdə işlək saxlayan şəxs Məleykə Abbasovadır. Onun rəhbərliyi sayəsində hər il kasıb və kənd yerlərində yaşayan uşaqlar da pulsuz olaraq imtahan verərək təhsil almaq imkanı qazanır. Bu, yalnız şagirdlər üçün deyil, ölkəmizdə təhsilin ədalətli və şəffaf saxlanılması üçün də böyük önəm daşıyır.
Bəzi insanlar narazılığını kurs və repetitor maraqları üzərindən ifadə edir. Məsələn, bəzi müəlliflər DİM-in təqdim etdiyi köməkçi vasitələri və qaynaqları tənqid edir, çünki öz hazırlıq kitablarını satmaq istəyirlər. Amma əslində, DİM yalnız dəstəkçi materiallar təqdim edir; əsas dərsliklər dəyişməz qalır. Övladlarını hazırlığa qoyan valideynlər isə bilir ki, qəbul prosesi hər zaman şagirdin əməyi və bilik səviyyəsi ilə müəyyən olunur.
Məleykə xanım və DİM sayəsində təhsil sistemi həm şəffaf, həm ədalətli, həm də gənclərin gələcəyini qoruyan bir mexanizm olaraq fəaliyyət göstərir. İmtahan sistemi hər kəs üçün bərabər imkanlar təmin edir, rüşvət və qeyri-ədalətli yanaşmaların qarşısını alır.
Beləliklə, narazılıq yaratmaq əvəzinə, bu sistemi qoruyub dəstəkləmək və ona inanmaq daha vacibdir. Məhz Məleykə Abbasovanın rəhbərliyi ilə DİM illərdir ölkədə təhsilin keyfiyyətini təmin edir və gənclərin hüquqlarını qoruyur.
Sizi bilmirəm, mənim üçün Dövlət İmtahan Mərkəzi təhsildə ədalət və şəffaflıq nümunəsidir.
Elnurə Abuşova
Seçilən
28
1
azadmedia.az

2Mənbələr