İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanmasının komandanı Əlirza Tənqsiri bildirib ki, ABŞ-ın İranın ən böyük neft terminalının yerləşdiyi Xarq adasına mümkün hücumu neft qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Publika.az xəbər verir ki, Tənqsiri sosial mediada yazıb:
"Hörmüz boğazının ağıllı şəkildə idarə olunması sizə yeni neft qiymətləri indeksləri gətirərdi. Amma Xarq adasına hücum fərqli qiymətlərə və dünyada enerjinin mürəkkəb paylanmasına səbəb olacaq".
Daha əvvəl “Axios” mənbələrə istinadən ABŞ prezidenti Donald Trampın İranın Xarq adasını ələ keçirməyi düşündüyünü və bunun üçün ABŞ hərbi desantının tələb olunacağını bildirmişdi.