AZ

Bu qədər yadlaşma kimə gərəkdir? Firidun Ağazadə Fikrət Qocanın kötücəsinə şeir yazdı

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Firidun Ağazadənin "Fikrət Qocanın kötücəsi" şeirini təqdim edir.

Xalq şairi Fikrət Qocanın nəvəsi ABŞ Silahlı Qüvvələrinin zabitidir.

Qloballaşma haqda fikirləşəndə

Qəribə fikirlər gəlir ağlıma.

Barmağımı tətik kimi sıxıb alnıma

Düşünürəm, sən işə bax,

Demək, sərhədlər itir,

Dünya qloballaşır,

Vahid bir məkan olur.

Demək, onda dünya kimi

Zaman da qloballaşır,

Bütöv bir zaman olur...

Demək, innən belə bu zaman nəhri

Keçib sərhədlərin yeddi qatından

Axar qlobal-qlobal.

Dünya bir qlobal pəncərədir,

Hər gələn

Baxar qlobal-qlobal.

Belə qloballaşma nəyimə kar?

Əgər bu gün qızmış ağıllar

Qəzzada ərəbin evini

Yıxar qlobal-qlobal?..

Zaman da qloballaşır,

Yəni, məsələn,

Babamın babasının babası,

Yəni mənim

yeddi arxa dönənim

Şah Xətai zamanında yaşasa da,

Zamanı mənimlə eynidir, demək.

Yəni bu minvalla, Fikrət Qocanın

bu gün Amerikada yaşayan

nəvəsinin nəvəsinin nəvəsi

Kötücəsi, ya yadıcası

Birdən o qədər yadlaşdı ki,

Beş yüz il sonra

Düşmən kəsildi bizə,

Bomba atdı Təbrizə?..

Ey dijital dünya!

Bu qədər yadlaşma kimə gərəkdir?

Kimə lazım belə uzaq yadlaşma?..

Belə qloballaşma?..

Eh, nə bilim, bu da bir sirr,

Yaxşısı bizim məsəldir:

Səksən, doxsan,

Bir gün yoxsan...

“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verildi

Kevin Speysiyə qarşı növbəti ittiham: "Gücdən sui-istifadə"

“Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açıldı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
kulis.az

2Mənbələr