AZ

ABŞ təyyaləri Yaxın Şərqə göndərilmək üçün artıqRumıniyadadır

"Üç "Boeing KC-135 Stratotanker" yanacaqdolduran təyyarəsi İrana qarşı əməliyyatlarda iştirak etmək üçün Rumıniyaya göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Digi24" televiziya kanalı məlumat yayıb.

Xəbərə görə, təyyarələr hazırda Buxarestdəki 90-cı hava bazasındadır. Orada onlar yanacaq dolduracaq və daha sonra ölkənin şərqindəki Mixail Koqelninaçu aviabazasına köçürüləcək. Qeyd olunub ki, radar sistemləri və hərbi personal hələ Rumıniyaya göndərilməyib.

Xatırladaq ki, "Digi24" kanalı daha əvvəl ABŞ-nin Rumıniyadan İrana qarşı əməliyyatlar üçün Mixail Koqelninaçu hava bazasından istifadə etməsini istədiyini vurğulayıb. Bildirilib ki, Rumıniya Prezidenti Nikusor Dan isə Buxarestin ABŞ təyyarələrinin və hərbi personalının hava bazasında yerləşdirilməsinə razılıq verib. Rumıniyanın keçmiş xarici işlər naziri Adrian Çioroyanunun sözlərinə görə, ölkənin coğrafi mövqeyi Mixail Koqelninaçu aviabazasını mühüm strateji aktivə çevirir və onun İrana qarşı zərbələr üçün istifadəsi ölkənin strateji maraqlarına uyğundur.

Seçilən
12
1
redaktor.az

2Mənbələr