AZ

Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb

Bu il martın 1-nə Azərbaycanda vergi ödəyicilərinin sayı 1 690 311 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur. Məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlayıb.


Statistikaya görə, vergi ödəyicilərinin 86,8%-ni fiziki şəxslər, 13,2%-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir. Son bir ildə fərdi sahibkarların sayı 4,7%, idarə, müəssisə və təşkilatların sayı isə 6,3% artıb.


Fevralın sonuna ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 250 vahid olub ki, bu da illik müqayisədə 6,9% artım deməkdir.


Təkcə fevral ayında 1 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,1%-i yerli investisiyalı, 8,9%-i isə xarici investisiyalı şirkətlərdir.


Hesabata görə, yeni yaradılan kommersiya qurumlarının 88%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının payı isə 97,4% təşkil edib.


Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1%-i MMC formasında yaradılıb.
Rəsmi məlumatlara əsasən, son bir ildə ölkədə aktiv kommersiya qurumlarının sayı da artaraq 7,7% yüksəlib.

Aytac Zeynalova

Seçilən
15
6
anews.az

10Mənbələr