AZ

DSX nin birləşmə və hərbi hissələrində gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarına söz veriblər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 16 mart, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib, Dövlət Himni ifa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə sadiq, cəsur, nizam-intizamlı olmağı, Vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulayıblar.

Daha sonra gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirilib, DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarına söz veriblər.

Mərasimin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
azertag.az

8Mənbələr