Ermənistanda 1 yaşlı körpə klinik ölüm vəziyyətində xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd edilib ki, uşaq onu övladlığa götürən anası tərəfindən döyülüb.
Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, qətl cəhdində şübhəli bilinən qadın saxlanılıb. Körnənin Arabkir Tibb Mərkəzinə aparıldığı və həyati riskinin yüksək olduğu bildirilir.
"Cebheinfo.az"