AZ

NetBlocks : İran 16 gündür internetsiz qalıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda 16 gündür internet bağlantısı yoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" məlumat yayıb.

"İranda internetin kəsilməsi 16 gün və ya 384 saatdır ki, davam edir. Son 24 saat ərzində telekommunikasiya infrastrukturunun ehtiyat tutumunda azalma müşahidə olunub", - deyə "NetBlocks"un sosial şəbəkə hesabında bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr