AZ

İranlı qadın futbolçuların ailələri girov götürüldü

2026-cı il Asiya Kubokunda iştirak etmək üçün yanvar ayında Avstraliyaya səfər edən İranın qadınlardan ibarət futbol komandasının üzvlərinin ailələri girov götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, bu, İrana qayıtmaqdan imtina edərək Avstraliyadan sığınacaq istəyən idmançıları ölkəyə qaytarmaq məqsədilə edilib.

“Təhlükəsizlik məmurları ailələri Avstraliyada olan idmançıların ölkəyə qayıtmalarını istəməyə məcbur ediblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, 2026-il Asiya Kubokunda iştirak etmək üçün yanvar ayında Avstraliayya səfər edən İranın qadınlardan ibarət futbol komandasının üzvləri Cənubi Koreya ilə keçirilən qarşılaşmadan əvvəl İran himnini oxumaqdan imtina ediblər.

Yarışlardan sonra komandanın yeddi üzvü İrana qayıtmaqdan imtina edərək Avstraliya hökumətindən sığınacaq istəyiblər.

Bir neçə gün sonra isə onlardan dördü sığınacaq istəyindən imtina edib və Malayziya vasitəsilə ilə İrana qayıtmağa razılaşıblar.

Seçilən
11
1
konkret.az

2Mənbələr