AZ

Türkiyənin daxili işlər naziri: İrandan qaçqın axını müşahidə olunmur  

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İranla sərhəddə maksimum təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

AZƏRTAC xəbər verir ki, türkiyəli nazir jurnalistlərə açıqlamasında İran ətrafında gərginliyin artmasından bəri Türkiyə sərhədlərinə qaçqın axınının olmadığını bildirib.

“Əksinə, piyada sərhəd keçidlərinin dayandırılması fonunda sərhəd keçidlərinin sayı dörddəbir azalıb. Eyni zamanda, fevral ayının sonunda Türkiyədə olan İran vətəndaşları aktiv şəkildə vətənə qayıdırlar”, - deyə Çiftçi qeyd edib.

Onun sözlərinə görə, son həftələrdə Türkiyəni tərk edən İran vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə daha çoxdur.

Seçilən
4
2
azerbaijan-news.az

3Mənbələr