“Yuventus”un hücumçusu Conatan David yayda komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, kanadalı futbolçu debüt mövsümündə gözlənilən performansı göstərmədiyi üçün klub rəhbərliyi onu toxunulmaz oyunçu hesab etmir. Baş məşqçi Luçano Spaletti də hücumda başqa variantlara üstünlük verməyi planlaşdırır.
26 yaşlı forvardla İngiltərə Premyer Liqasından iki klub maraqlanır. David bu mövsüm 39 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.