AZ

Neftin qiymətinin qalxması Azərbaycan iqtisadiyyatına əlavə gəlir gətirir – ekspert

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərir və ölkəyə əlavə valyuta axını təmin edir. Bu artım dövlət büdcəsinin gəlirlərini gücləndirir, sosial proqramların maliyyələşdirilməsinə imkan yaradır və iqtisadi stabilliyi möhkəmləndirir.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı QHT.az-a olan açıqlamasında bildirib ki, neftin qiymətinin yüksəlməsi Azərbaycan xarici ticarətindən ixrac göstəricilərini yaxşılaşdırır və ölkəyə daha çox valyuta daxil olur. Onun sözlərinə görə, “dövlət neft fondunun və sonra daxil olan vəsaitləri artır. Dövlət büdcəsinin gəlirləri də yüksəlir".

X.Kərimli vurğulayıb ki, hər 10 dollar illik ortalama neft qiymətinin yüksək olması Azərbaycan tədliyyə balansında 2,2 milyard manatı əlavə gəlir yaradır. “Onun 1,8 milyard manatı gedir neft fonduna, 400 milyon manatı isə dövlət büdcəsinə" – o qeyd edib.

İqtisadçı əlavə edib ki, yüksək neft qiymətləri ölkəyə xeyir gətirir və dövlətin gəlirlərini artırır. “Yəni, hər 10 dollar neftin illik ortalama qiymətinə söhbət gedir, amma yüksək olması bu ölkəyə faydalıdır" – Xalid Kərimli bildirib.

Fatimə Nəbiyeva

Seçilən
1
qht.az

1Mənbələr