AZ

“Şamaxı” həm 300-cü, həm də 400-cü qələbəsini qazandı – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026 mövsümünün 24-cü turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.

“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

Sözügedən komanda turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib. 1999/2000-cü illər mövsümündə “Xəzər Universiteti” kimi debüt etmiş komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.

Azərbaycan kubokunda 60, avrokuboklarda 16, Birinci Liqada 16, “Birlik Kuboku”nda 8 qələbəsi olan “Şamaxı” bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
10
arena.az

10Mənbələr