AZ

Ulduzlararası komet Yupiterə maksimum yaxınlaşır

Ulduzlararası komet Yupiterə maksimum yaxınlaşır

6 mart tarixində 3I/ATLAS ulduzlararası kometi Yupiter planetinə minimum məsafədən keçəcək.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu xəbər verib.

NASA-nın hesablamalarına görə, göy cismi qaz nəhəngi ilə 53,6 milyon kilometr məsafədə qarşılaşacaq ki, bu da Günəş sistemi miqyası üçün nadir və çox yaxın yaxınlaşma sayılır. Saniyədə 65 kilometrdən çox sürətlə hərəkət edən komet hələ təxminən 10 min il sistemimizin hüdudlarında qalacaq, lakin artıq bu ilin ikinci yarısında müasir teleskopların görmə sahəsindən tamamilə uzaqlaşacaq.

Seçilən
4
afn.az

1Mənbələr