AZ

"Barselona" yeni Messi tapdı

Hazırda icarə əsasında Səudiyyə Ərəbistanının “Neom SK” klubunda çıxış edəb “Strasburq”un cinah hücumçusu Rayan Messi karyerasını “Barselona”da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya nəhəngi ilə yanaşı 18 yaşlı futbolçunun xidmətində “Bayern” və PSJ maraqlıdır. Bununla yanaşı bildirilir ki, “Strasburq”la eyni sahibə malik olan “Çelsi” fransalı futbolçunu komandaya qatmaq planını sürətləndirə bilər. “Mavilər” Messini gələcək layihələrinin vacib hissəsi hesab edir və onu buraxmaq istəmir.

Qeyd edək ki, cari mövsümdə Messi bütün turnirlərdə 22 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Vingerin “Strasburq”la mövcud müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Seçilən
2
publika.az

1Mənbələr