AZ

Kreml İranın yeni liderinin Rusiyaya gəlişi ilə bağlı xəbərlərə reaksiya verib

Kreml İranın yeni lideri Ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəldiyi iddia edilən məlumatlara münasibət bildirməyib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib, Oxuməni.az TASS-a istinadla xəbər verir.

"Biz belə xəbərlərə heç bir şərh vermirik", - deyə o, müvafiq suala cavab verərkən bildirib.

Daha əvvəl Küveytin "Al-Jarida" qəzeti mənbəyə istinadən, Müctəba Xameneinin yüksək gizli əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya təxliyə edildiyi barədə məlumat yayıb.

Xatırladaq ki, martın 10-da Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Məsud Pezeşkiyan Yaxın Şərqdəki vəziyyətin inkişafını müzakirə ediblər.

Almaz Həsənli

Seçilən
21
1
oxumeni.az

2Mənbələr