AZ

Ölkədə sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartları sənaye sahəsində təhlükəsizlik tələblərinin vahid və şəffaf şəkildə tətbiqinə, məhsul və avadanlıqların sınaq və uyğunluğun qiymətləndirilməsi proseslərinin beynəlxalq təcrübəyə uyğun aparılmasına imkan yaradacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 4414:2026 “Pnevmointiqallı sistemlər, onların komponentləri ilə bağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri”, AZS ГОСТ 15.109:2026 “Məhsulun işlənib hazırlanması və istehsala buraxılması sistemi. Sənaye partlayıcı materialları”, AZS ГОСТ 194:2026 “Texniki difenilamin. Texniki şərtlər”, AZS ГОСТ 23172:2026 “Stasionar qazanlar. Terminlər və təriflər”, AZS ГОСТ 24856:2026 “Boru kəməri armaturu. Terminlər və təriflər”, AZS ГОСТ 31371.1:2026 “Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibin təyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumi məlumatlar və tərkibin təyini”, AZS ГОСТ 33732:2026 “Pirotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri”, AZS ГОСТ 33950:2026 “Pirotexniki məmulatlar. Sınaq metodları”, AZS ГОСТ 33984.2:2026 “Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunə götürmə qaydaları” və AZS ГОСТ 33984.3:2026 “Liftlər. Liftin təhlükəsizlik qurğularının sertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları” dövlət standartları qəbul edilib.

“2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın icrası çərçivəsində qəbul edilən bu dövlət standartları pnevmointiqallı sistemlər, sənaye partlayıcı materialları, texniki difenilamin, stasionar qazanlar, boru kəməri armaturu, təbii qazın tərkibinin təyini, pirotexniki məmulatlar və liftlər üzrə təhlükəsizlik qurğularının sınaq və sertifikatlaşdırma qaydalarını müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd sənaye obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, müasir yanaşmalarla məhsul və avadanlıqların uyğunluğunun vahid tələblər əsasında qiymətləndirilməsi, eləcə də milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsidir.

Sözügedən dövlət standartı layihələri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsis edilən “Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 50) iclasında müzakirə edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
45
15
ikisahil.az

10Mənbələr