AZ

Şanxayda Formula 1 yarışlarına rekord sayda tamaşaçı baxıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 mart, AZƏRTAC

Formula 1 üzrə Çin Qran-Prisi ötən həftəsonu rekord sayda tamaşaçı toplayıb.

AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, bazar günü başa çatan üçgünlük tədbir 230 mindən çox tamaşaçı cəlb edib ki, bu da Çinin maliyyə mərkəzində son iki onillikdə ən yüksək tamaşaçı sayıdır.

“People's Daily” qəzetinin bazar ertəsi verdiyi məlumata görə, açılış günündə Şanxay limanlarından gələn xarici vətəndaşların sayı 27 min nəfəri keçərək birgünlük rekord qırıb.

Yarış şəhərin özünü aparıcı qlobal turizm məkanı kimi daha da tanıtması üçün əla fürsət yaradıb. Şanxay xarici turistləri cəlb etmək və istehlakçı xərclərini stimullaşdırmaq üçün çoxsaylı təşəbbüslər irəli sürüb ki, bu da ölkənin əhəmiyyətli istehlakçı bazasını iqtisadi artımın aparıcı mühərrikinə çevirmək üzrə ümumi kampaniyanın bir hissəsidir.

Bu ilki Qran-Pri üçün bilet gəlirləri ötən illə müqayisədə 30 faizdən çox artıb. Əcnəbi qonaqların əksəriyyəti Yaponiya, Cənubi Koreya, Sinqapur, Birləşmiş Krallıq, Almaniya və Fransadan gəlib.

Dünyanın ən böyük avtoidman çempionatı kimi geniş tanınan Formula 1-in dünya miqyasında 800 milyondan çox azarkeşi var və illik televiziya auditoriyası üçün ən populyar idman tədbirlərindən biridir.

“People's Daily” qəzetinin “Ctrip” səyahət platformasının məlumatlarına istinadla verdiyi xəbərə görə, yarış həftəsonu ərzində Şanxay Beynəlxalq Dairəsinin 15 kilometr radiusunda otel sifarişlərini on dəfə artırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
azertag.az

2Mənbələr