Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Günə uğurla" verilişində deyib. O, qızının toy tarixini açıqlayıb:
"İnşallah, aprelin 27-də qızımın toyu olacaq. Toy etmək çox çətinmiş, bunu bilmirdim. Çox həyəcanlıyam ki, necə olacaq. Qızımın öz istəyidir. Müasir gənclər başqa cür düşünür. İnşallah, sona qədər belə olacaq. Çox yaxşı, tərbiyəli ailənin oğludur. Qızım bizi tanış edəndə fikir verdim ki, çox ailəcənabdır. Oğlum qədər sevirəm. Qeyri-adi oğuldur. Qarabağlıdırlar. Bir-birilərini toyda görüblər. Elə bilirəm ki, yuxudayam. Toydan sonra Türkiyədə yaşayacaqlar. Övlad belədir, gəldi, gedir. Hər kəsin öz ailəsi olur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31