.jpg)
"Avroviziya 2026" müsabiqəsində Rumıniyanı təmsil edəcək Aleksandra Kepitaneskunun ifa edəcəyi "Choke me" (Boğ məni) adlı mahnısı müzakirə yaradıb.
Axşam.az xəbər verir ki, mahnını tənqid edənlər onu "təhlükəli" və "düşüncəsiz" adlandırırlar. Mahnıda üç dəqiqə ərzində "choke me" (boğ məni) ifadəsi 30 dəfədən çox təkrarlanıb. Ekspertlər bu ifadənin cinsi münasibət zamanı sağlamlıq üçün təhlükəli olub ciddi beyin travmalarına və hətta ölümə səbəb ola biləcəyini deyiblər.
Zorakılığa qarşı çıxış edən fəallar isə qey dedinlər ki, kompozisiya xüsusilə gənc qadınların həyatı ilə oynayır. Onlar mahnıdakı "It's hard to breathe in" (nəfəs almaq çətindir), "I want you to choke me" (istəyirəm məni boğasan) və "make my lungs explode" (ağciyərlərimi partlat) kimi sətirlərə diqqət çəkiblər.
Durhem Universitetinin hüquq professoru Kler MakQlinn qeyd edib ki, "Avroviziya" mahnısında belə təkrarlanan seksual məzmunlu mesaj qızların sağlamlığı və rifahına qarşı narahatedici laqeydlik nümayiş etdirir.
Bəzi izləyicilər də "Choke me" mahnısının diskvalifikasiya edilməsini və ya mətninin dəyişdirilməsini tələb edirlər.
Aleksandra Kepitanesku isə özünü müdafiə edərək bildirib ki, mahnıdakı "boğulma" metaforaları təhlükəli praktikaya çağırış deyil. Onun sözlərinə görə, bu ifadələr güclü emosiyalar və özünə inamsızlıq səbəbindən yaranan sıxıntı hissini təsvir edir.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan təmsilçisi Yohannes Piç adlı müğənni "Wasted love" mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.