AZ

Rusiyada Telegram-la bağlı minlərlə şikayət qeydə alınıb, bloklanma iddiaları səslənir

Rusiya hakimiyyəti Telegram-ı tamamilə bloklamaq prosesinə başlayıb. Bu barədə bəzi Rusiya KİV-ləri məlumat verir və qeyd edir ki, son bir neçə gün ərzində messencer ölkə daxilində fəaliyyətini praktik olaraq dayandırıb. 

Downdetector və "Сбой.рф" xidmətləri 14 və 15 mart həftəsonu ərzində tətbiqlə bağlı ümumilikdə 18.000-dən çox istifadəçi şikayəti qeydə alıb. 

Ruslar mesaj göndərə bilmədiklərini, foto və video yükləyə bilmədiklərini bildiriblər. Şikayətlər müxtəlif bölgələrdən daxil olsa da, ən çox şikayət Moskva, Sankt-Peterburq və Moskva vilayətindən gəlib.

Aytac 

Seçilən
3
anews.az

1Mənbələr