AZ

Sərxan Hacıyev: “FIFA ilə sıx əlaqədəyik”

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın U-20 milli komandasının baş məşqçi postu üçün bir neçə namizəd nəzərdən keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında bildirib.

Milli assosiasiya rəsmisi Ruy Jorjeyin seçilməsinin əsas səbəbini izah edib:

“Portuqaliyanın U-21 milli komandasında əldə etdiyi nəticələr və futbolçu kimi qazandığı təcrübə bu seçimdə əsas amil olub. Hazırda baş məşqçinin qarşısına qoyulan vəzifə komandanın qrup mərhələsində uğur qazanması, rəqiblərlə mübarizə aparması və meydanda mübarizə əzmini göstərməsidir. Komandanın əsas hədəfi hazırda yalnız dünya çempionatı ilə bağlıdır”.

O, dünya çempionatının açılış və final oyununun hansı ölkədə keçirilməsi ilə bağlı müəyyən işlərin getdiyini vurğulayıb:

“FIFA ilə sıx əlaqədəyik. Dövlət qurumları ilə də əlaqə yaradılıb. Hazırda hüquqi sənədlər üzərində iş gedir. Bakı birmənalı şəkildə mundialı qəbul edəcək şəhərlərdən biri olacaq. Digər şəhərlərlə bağlı hələlik dəqiq nəsə deyə bilmərik”.

Xatırladaq ki, U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr