Layihə fiziki tərbiyə fənninin kurikulum tələbləri, təlim nəticələri və şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Cari tədris ilində yarışlar Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP) qoşulmuş 27 ümumtəhsil məktəbi arasında keçirilir. Yarışlar TOPs pedaqoji metodologiyasına əsaslanan estafet formatında təşkil olunur.
Enerji, komanda ruhu və idman həyəcanı – “Böyük tənəffüs” layihəsinin anons videosu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=WP8JBvprrvQ
Yarışın buraxılışlarını İdman TV kanalından izləmək mümkündür.
İdmansevərləri və bütün məktəbliləri bu maraqlı və dinamik yarışı izləməyə dəvət edirik.