ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“San Paulu”da gözlənilməz baş məşqçi dəyişikliyi rəsmiləşib. Artıq komandanın yeni çalışdırıcısı da məlumdu.Braziliya klubu komandaya 2025-ci ilin yayından rəhbərlik edən Ernan Krespo ilə yolları ayırıb. Bu, gözlənilməz qərar kimi dəyərləndirilir. Belə ki, komanda hazırda A seriyasında 10 xalla 2-ci yeri tutur. “San Paulu”nun lider “Palmeyras”la eyni xala malik olduğunu da bildirək. Görünür, Krespo ilə vidalaşmağın idmana aid olmayan səbəb(lər)i var.Klubun mətbuat xidmətinin məlumatın görə, komanda Rocer Maçadoya həvalə olunub. 51 yaşlı mütəxəssislə dekabrın 31-nə qədər qüvvədə olacaq müqavilə imzalanıb. Maçadonun başçılıq edəcəyi məşqçilər heyətinə köməkçiləri Roberto Ribas, Ceyms Freytas və Adailton Bolzan, fitness məşqçisi Paulu Payşan və analitik Gilyerme Nunes daxildi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.