Qaradağda hamamda yıxılan qadın dünyasını dəyişib
Qaradağ rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. 1news.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva martın 12-si yaşadığı evin hamam otağında yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, martın 14-ü vəfat edib. Araşdırma aparılır.