AZ

Ötən həftə 724 PHS zərərsizləşdirilib

Azad olunan ərazilərdə martın 10-dan 15-dək 194 tank əleyhinə mina, 129 piyada əleyhinə mina, 724 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

 

Bildirilib ki, 10.03.2026 -15.03.2026 tarixləri arasında 1 234.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Seçilən
18
27
day.az

10Mənbələr